Khamsa Restaurant

Bakının mərkəzində, Sahil metro stansiyasının yaxınlığında yerləşən Xəmsə restoranı unikal memarlıq üslubu ilə 6-cı əsrdən 21-ci əsrə qədər ahəngdar şəkildə inkişaf etdirilmiş 25 km məsafədə uzanan tarixi və müasir mədəniyyəti özündə birləşdirən dənizkənarı şəhəri kəşf etmək üçün gözəl seçimdir.

Xəmsə restoranı keyfiyyətli şəkildə həm yerli həm də Aralıq dənizi ölkələrinin mətbəxindən inciləri qonaqlarımızın dadması üçün təklif edir. Baş aşpazımızın xüsusi reseptlə hazırlanmış sirli yeməklərini mütləq dadmalısınız. Dəniz məhsullarından təamlar, salatlar, steyklər və kabablar hər kəsin ağız dadına uyğundur. Ekzotik atmosfer altında nahar edərkən dünyaca məşhur və yerli 50 növdən artıq şərab seçimi qonaqlarımıza təklif olunur. Özəl club lanch otağımız, zallarımız və restoranımız dostlarınızla və ailənizlə keçirdiyiniz vaxtı unudulmaz edir.

Möhtəşəm servis, əsrarəngiz interyer, dadlı yeməklər və gözəl anlar Xəmsə restoranından razı qalmağınız üçün səbəblərdən sadəcə bir neçəsidir.

Xəmsə restoranında keçirdiyiniz vaxt unikaldır və həqiqətən həyat hekayənizə həkk olunacaq. Burada sadəcə bir rəhbər var, oda gələn qonağımızdır. Qonaqlarımız burada keçirdikləri hissləri və xatirələrini unutmayacaq. Çünki onlar ən yaxşısına layiqdir. Gülərüz personalla hər gün sizin xidmətinizdəyik.

Bütün yeməklər şefimizin xüsusi reseptinə uyğun və keyfiyyətli ərzaqlardan hazırlanır.

Xəmsə restoranının qapıları hər zaman, ilin bütün fəsillərində qonaqlarımızın üzünə açıqdır. Yeməkləri dadaraq ləzzətini hiss edin.

Xoşbəxt olmaq üçün həzin musiqi altında qırmızı şərabı udumlayaraq yeməklərdən dadmaq kifayət edəcək.